إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xurafat həqiqətlə uyğunlaşmayan əsassız etiqadlardan ibarətdir

Xurafat,ağıla söykənməyən əsassız əqidə və fikirlərə deyilir.Bəzi lüğət kitablarında xurafatçılıq «batil kəlam», «bihudə», «qarışıq» və «əfsanə» anlamını daşıyan söz kimi mənalanmışdır. Dini kitablarda yazılmış mətnlərdə xurafat haqqında belə yazılır: "Xurafə və ya xurafat, əql, məntiq və həqiqət ilə uyğunlaşmayan əsassız etiqadlardan ibarətdir. Məsələn, 13 rəqəminin uğursuzluğuna, qara rəngin bədniyabətliyinə, çalağan quşunun naləsinin fəlakət gətirəcəyinə və sairə inam bəsləmək."

Xurafatın genişlənib yayılma tarixçəsi və qəbul olunması barədə böyük filosof və təfsirçi ustad Əllamə Təbatəbai məşhur təfsir kitabı olan «Əl-Mizan»-da yazır: «Bəşər, qədim əsrlərdən tutmuş bu günədək xurafata inanmışdır. Bəziləri xurafatpərəstiliyin şərqlilərin xüsusiyyətindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafatpərəstliyə olan hərisliyinin şərqlilərdən daha artıq olduğunu deməsək də, əslində, bu xüsusiyyət şərqlilərdə olduğu qədər qərblilərdə də vardır.

Alimlər xurafi adət-ənənələri yox etmək və onu insanların qəlbindən silmək üçün çarələr düşünmüş və düşünməkdə də davam edirlər.Alimlər insanların qəflət yuxusundan ayılması üçün  bir çox işlər görülmüşlər.lakin həkimlərin müalicəsi təsirsiz qalıb; insanlar hələ də xurafatdan ayrılmayıblar. Bunun səbəbi, bir tərəfdən insanların öz nəzərlərinə təqlid etmələri və onun təsirlərindən heç vaxt yaxa qurtarmamaları, digər tərəfdən də nəfsani hisslərdən, emosiyalardan kənarda qalmamalarıdır...»

PEYĞƏMBƏRLƏR RUHLARIN HƏKİMLƏRİDİR

Həkim Calinus həzrət İsa ibn Məryəmin (ə) hüzuruna göndərdiyi məktubda yazır:

من طبیب الأبدان إلی طبیب النّفوس

«Bədənlərin həkimindən ruhların həkiminə!»

Bəli! İlahi peyğəmbərlər ruhların dini rəhbərləri, həkimləridirlər. Həkim Allah onları ayrı- ayrı şəxslər, həmçinin ictimaiyyətin ruhunun ağrı və xəstəliyinin müalicəsi üçün göndərmiş, bu təhlükəli və ağır məsuliyyəti onların öhdəsinə qoymuşdur. Onların arasında peyğəmbərlərin sonuncusu, tamamlayıcısı, bir həkim və bəşəriyyətin xilaskarı kimi həzrət Məhəmmədin (s) məqamı daha ucadır. Onun həmişəyaşar möcüzəsi olan Qurani-kərim, bütün dövrlərdəki bütün cəmiyyətlərin xilası üçün yeganə nüsxə kimi tanınmışdır. Qurani-məcid, Nəbiyyi-mükərrəmin peyğəmbərliyə məbus olması barədə buyurur:

«Peyğəmbər (s), onların belində olan ağır yükü götürmək və əl-ayaqlarına bağlanmış zəncirləri açmaq üçün məbus olundu.»

Bundan məqsəd, əsirləri bağlayan dəmir-polad zəncirlər deyil, ərəblərin bağlandıqları xurafi əqidə və batil etiqadlarıdır. Bu batil əqidələr, dərəcə etibarı ilə, dəmirdən hazırlanmış əsarət zəncirlərindən daha ziyanlı və yolxucu idi. Çünki dəmir zəncirlər bir gün, nəhayət açılıb qopacaq. Amma xurafi fikir və əqidələri aradan götürmək, batil etmək asan iş deyil. Hər kəs bu çətin işin öhdəsindən gələ bilməz. Buna görə də, Allah-Təala camaatı bu əsarət zəncirlərindən azad etmək üçün xüsusi bəndələrini peyğəmbər olaraq seçib. Onlar da mükəmməl şəkildə öz vəzifələrini yerinə yetirib, həqiqi azadlığı bəşəriyyət üçün sovqat gətiriblər. Mövləvi, bu peyğəmbər və ilahi rəhbərlərin xidmətini və insanpərvər hərakatını belə qələmə alır:

Bir düşün, nə üçün Xətmi-ənbiya,

Özünə, Əliyə deyibdi «mövla»?!

Mövla o şəxsdir ki, unutma bir an,

Zənciri qırıbdır ayaqlarından.

Azadlıq çarçısı nəbilər ki, var,

Möminə azadlıq bəxş edər onlar.

(Seyid İsayıl Şakir Ərdakani-"Xurafat")

Ardı var

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2018  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!