|
• DünyadaGürcüstanda İmam Zamanın(ə.f) mövludu qeyd olunubQardabani şəhərində Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib. Ahlibeyt.az-a Gürcüstan Müsəlmanları İdarəsindən(GMİ) verilən məlumata görə, tədbir Azərbaycanın tanınmış Quran qiraətçisi Hacı Ruslan Qasımovun Qurani-Kərim tilavəti ilə başlayıb. Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan dəvət olunan tanınmış din alimi Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov, İran İslam Respublikasından(İİR) din alimləri Hacı Rəhim Kargər və Hacı Davud Zare və İİR-ının Gürcüstandakı səfriliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi və Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov çıxış ediblər. Çıxış edənlər zamananın İmamı və xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının və intizarın mahiyyət və fəzilətlərindən bəhs edilərək imamın zühurunun intizarında olanların vəzifələri qeyd olunub. Gözlərdən gizlin olan zamananın imamının haqqında bir çox sualların cavabına aydınlıq gətirilib. Gercüstanda yeni fəaliyyət göstərən “Ali-Taha” İlahi nəğmələr qrupunun oxuduğu şeir və ilahilərlə davam edən mərasimin sonunda sual-cavab yarışlarının qaliblərinə və adları İmamın ad və ləqəblərindən olanlara hədiyyələr təqdim olundu və mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatdı. Sonda qonaqlara yeni çap olunmuş “Bizimlə, bizdən gizli” kitabçası təqdim olundu. Tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəldilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2018 12:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |