إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları ilə görüşüb

İran İslam İnqilabının Ali Dini rəhbəri Ayətullah Xamenei bu gün səhər, İranda keçirilən Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları ilə görüşüb.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Dini rəhbəri Ayətullah Xamenei bu gün səhər, İranda keçirilən 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları ilə görüşündə İranın ABŞ qarşısında Qurana əməl etməklə durduğunu bildirib.

Görüşü zamanı o deyib: "İran İslam Respublikası qırx ildir ki, zalım qüvvələrin zorakılıqları qarşısında dayanıb və bu quruluşu məhv etmək istəyən düşmənlərin istəklərinin əksinə olaraq, tərəqqi edib və bacarığı və qüdrəti günbəgün artıbdır."

Ayətullah Xamenei İranda keçirilən 35-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları ilə görüşdə, İslam ümmətinin tərəqqisi və səadətinin yeganə yolunu Qurana əməl etmək adlandırıb: "İslam ölkələri Qurana arxalanmamaq nəticəsində "zəlillik xəstəliyi"nə düçar olublar və Amerika prezidentinin tam həyasızlıqla "Əgər biz olmasaq, bəzi ərəb ölkələri hətta bir həftə belə, davam gətirməzlər" deməsi, elə bu xəstəliyin nəticəsidir."

"Quran bizə deyir ki, möminlər bir-biriləri ilə vəhdətə və "vilayət bağlılığı"na malik olmalı və kafirlər cəbhəsi ilə heç bir bağlılığa və əlaqəyə malik olmamalıdırlar, amma təəssüflə, bu gün görürük ki, bəzi İslam ölkələri sionist rejimlə əlaqədədirlər və Quranın göstərişlərinə, bu əməl etməmənin nəticəsi, regiondakı hazırkı savaş və cinayətlərdir.", -deyə o əlavə edib.

Yəmən məsələlərinə də işarə edən Ayətullah Xamenei sözlərinə belə davam edib: "Yəmən xalqının şəraitinə baxın, görün ki, nə müsibətə düçar olubdur. Onların toyları yasa çevrilir və ya Əfqanıstan, Pakistan və Suriya xalqlarının vəziyyətləri. Bütün bu məsələlər ona görədir ki, möminlər arasında vilayət unudulub və Quranın təkidlərinə əməl edilmir."

Qurana əməl etməyin vacibliyini də önə çəkən Ayətullah Xamenei "Quran qiraəti və hifzi, ona əməlin müqəddiməsi olarsa, mütləq İslam dünyasının sabahı bu günündən daha yaxşı olacaq və daha Amerika İslam ölkələri və İslam ümməti üçün meydan oxuya və onları təhdid edə bilməyəcəkdir."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Aprel, 2018  10:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!