إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistaninin altı nümayəndəsinin evinə hücum edilib

Seyyid Məhəmməd Həsəni əs-Sorxi

İraqdan verilən məlumata görə, mərcei-təqlid Ayətullah Seyyid Əli Sistaninin altı nümayəndəsinin evinə hücum edilib.

Mərcei-təqlidlər tərəfindən qəbul edilməyən və özünü mərcei-təqlid elan etmiş Seyyid Məhəmməd əl-Həsəni əs-Sorxinin Nasiriyyə məntəqəsində dəftərxana açması bir çox yerli əhalinin narazılığına səbəbolub. Onlar dəftərxananın bağlanması üçün əs-Sorxinin nümayəndələrinə müraciət ediblər. Amma onlar dəftərxananın bağlanmayacağını bildiriblər. Bundan hiddətlənən Nasiriyyə camaatı dəftərxananı yandırıblar.

Bu hadisədən sonra əs-Sorxinin tərəfdarları Ayətullah Sistaninin Nasiriyyə və Divaniyyə məntəqələrində yaşayan altı nümayəndəsinin evinə kustar üsulla hazırlanmış əl qumbaraları ilə hücum ediblər. Xoşbəxtlikdən hücum nəticəsində heç kəs xəsarət almayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2012  22:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!