
İraqdan verilən məlumata görə, mərcei-təqlid Ayətullah Seyyid Əli Sistaninin altı nümayəndəsinin evinə hücum edilib.
Mərcei-təqlidlər tərəfindən qəbul edilməyən və özünü mərcei-təqlid elan etmiş Seyyid Məhəmməd əl-Həsəni əs-Sorxinin Nasiriyyə məntəqəsində dəftərxana açması bir çox yerli əhalinin narazılığına səbəbolub. Onlar dəftərxananın bağlanması üçün əs-Sorxinin nümayəndələrinə müraciət ediblər. Amma onlar dəftərxananın bağlanmayacağını bildiriblər. Bundan hiddətlənən Nasiriyyə camaatı dəftərxananı yandırıblar.
Bu hadisədən sonra əs-Sorxinin tərəfdarları Ayətullah Sistaninin Nasiriyyə və Divaniyyə məntəqələrində yaşayan altı nümayəndəsinin evinə kustar üsulla hazırlanmış əl qumbaraları ilə hücum ediblər. Xoşbəxtlikdən hücum nəticəsində heç kəs xəsarət almayıb.