إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə “Aləmlərə rəhmət” mövzusunda konfrans keçirilib (FOTO)

Tbilisidə yerləşən Alulbeyt Mərkəzində “Aləmlərə rəhmət” mövzusunda konfrans keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsindən(GMI)  Ahlibeyt.az-a verilən məlumata görə, Hz. Məhəmmədin (s) peyğəmbərlik məqamına təyin oldunduğu gün – Məbəs günü münasibəti ilə təşkil olunan konfransda Gürcüstanda səfərdə olan Ayətullah Hüseyni Qəzvini, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikasının bu ölkədəki səfiri Cavad Qevam Şəhidi, İİR-nın Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Türkiyənin bu ölkədəki səfirliyinin dini işlər üzrə müşaviri Nəbi Gümüş hoca, Beynəlxalq Əlmustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, din xadimləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurani Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Məbəs bayramı və Merac qəndili ərəfəsində keçirilən bu elmi konfransın əhəmiyyətindən danışdı. O, İslam Peyğəmbəri (s) haqda toplantı və tədbirlər təşkil edib Həzrətin insani keyfiyyətləri, əxlaq və fəzilətləri ilə O Həzrətin gətirdiyi dinin barış, dürüstlük, mərhəmət və ədalətə səslədiyinin çatdırılmasının önəmindən danışdı. O, çıxışı zamanı Aləmlərə rəhmət sözünün mahiyyət və mənaları haqqında məlumat verib İslam dininin əsas sözlərini və məqsədlərini açıqladı. Çıxışının sonunda Peyğəmbər (s) qarşısında ümmətin üç əsas vəzifələrinin olduğunu qeyd etdi: Onu və ailəsini sevmək, Onu dininin mənsubu kimi layiqli təmsil etmək və əmanətlərinə (Quran və Əhlibeytə) vəfa göstərərək sözlərinə əməl etmək.

Sonra çıxış edən din alimləri Nəbi Gümüş və Davud Zare İslam Peyğəmbərinin (s) şəxsiyyəti və nümunəvi keyfiyyətlərindən, Onun Meraca yüksəlməsinin səbəb və məramından, bəşəriyyətin nicatı üçün gətirdiyi dinin insanlığa bəxş etdiyi ibrət və dərslərdən danışdılar.

Konfransda çıxış edən böyük mərəci təqlid Ayətullah Məkarim Şirazinin müşaviri Ayətullah Hüseyni Qəzvini isə tarixi mənbələr və səhih qaynaqlardan sitatlar gətirərək Hz. Peyğəmbərin (s) və canişini olan Hz. Əlinin (ə) məqamından geniş söhbət açdı. Bu gün dünya müsəlmanlarının O Həzrətdən düzgün örnək almamalarından və bəzən də öz əməlləri ilə hörmətsizlik etmələrinə də toxundu. Müsəlmanların tək ümmət olaraq birgə vəhdət təşkil etmələrinin önəmindən danışdı.

İranın Gürcüstandakı səfiri Məbəs bayramı münasibəti ilə məclis iştirakşılarına təbrik edib xoş arzularını çatdırdı. Konfrans dua oxunmaqla sona çatdı. İştirakçlara yeni çapdan çıxan “Həzrət Peyğəmbər (s) nigarandır” kitabı hədiyyə olundu.

Sonda konfrans iştirakçıları sadə bayram süfrəsi ətrafında bir araya gəliblər.






Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2018  10:40 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com