|
• Dünyadaİsveçrədə 31 Mart – Azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə poçt markası buraxılıbİsveçrədə 31 Mart- Azərbaycanlıların soyqırımının 100-cü ildönümü münasibətilə ilə poçt markası buraxılıb. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib. Soyqırımın 100-cü ildönümünə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək. Səfirlikdən həmçinin bildirilib ki, Azərbaycan Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 19 yanvar 2018-ci il tarixli 3587 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan və 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsi istiqamətində səfirlik tərəfindən il ərzində müxtəlif tədbirlər keçiriləcəkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2018 11:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |