|
|
İran prezidentinin Azərbaycana rəsmi səfəri başlayıbİran İslam Respublikasının Prezidenti Həsən Ruhani martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir. İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir. Martın 29-da prezidentlər Neftçalada avtomobil zavodu və Astara-Astara dəmiryolu xəttinin açılışında iştirak edəcəklər. Qeyd edək ki,İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2018 13:43 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |