إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ruhani: “Bakı səfəri çərçivəsində Azərbaycanla İran arasında bir neçə sənəd imzalanacaq”

“Bakıya səfər çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair sənədlər imzalanacaq və neft-qaz sahəsində əməkdaşlıq üçün digər razılaşmalar əldə olunacaq”.

 

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın Tehran bürosunun verdiyi xəbərə əsasən, bunu Türkmənistana səfərə gedən İran prezidenti Həsən Ruhani  Tehran hava limanında deyib.

 

H. Ruhani bildirib ki, bu səfərlər Azərbaycan və Türkmənistan prezidentlərinin rəsmi dəvəti ilə baş tutur və onların Tehran səfərinə cavab səfərdir:

 

“Səfər çərçivəsində hər iki ölkə ilə ikitərəfli əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Yeni günəş ilinin başlanğıcında ilk xarici səfərimi iki dost və qonşu ölkəyə etdiyim üçün şadam.

 

Bu iki ölkə ilə həm dəniz, həm də quru sərhədlərimiz var. Ticarət əlaqələri ilə yanaşı, regional tranzit, cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi məsələsi çox önəmlidir ki, bu haqda da danışıqlar aparılacaq”.

 

H. Ruhani deyib ki, məqsəd bu iki ölkə vasitəsilə Qafqaz ölkələri ilə ünsiyyət yaratmaqdır: “Hazırda  Sərəxs və Astara dəmir yolları xətti ilə əlaqələr var. İki layihə üzərində də iş gedir”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2018  15:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!