إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarını təbrik edib

Rusiya prezidenti Vladimir Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarını təbrik edib.

Ahlibeyt.az-ın məlumatına görə, "Report" TASS agentliyinə istinadən xəbər verir ki, Kremlin saytında dərc olunmuş təbrik məktubunda Putin bol məhsuldarlıq və ailə səadəti arzulayıb.

Məktubda deyilir ki, "əsrlərin süzgəcindən keçmiş bu bayram bizim ölkənin bir çox xalqlarının tarixi, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir və özündə təbiətin oyanışını, yeni həyatın başlanğıcını təcəssüm etdirir”.

Putin belə adət-ənənələrin qorunub saxlanmasını yüksək qiymətləndirib.

"Bu gün yüz illlər əvvəll olduğu kimi şəhər və kəndlərdə xalq şənlikləri təşkil olunur, istedadlı ustalar özlərinin xalq-dekorativ tətbiqi incəsənət nümunələrini nümayiş etdirir, hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar və əllbəttə bu gündə öz yaxınlarını anmaq, diqqətə və ehtiyacı olanlara kömək əli uzatmaq lazımdır”, - Putin qeyd edib.

V.Putin Novruz bayramını qeyd edən Rusiya vətəndaşlarına ailə səadəti və bol məhsuldarlıq arzu edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2018  10:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!