إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyənin işğalı İsrailin işğalından daha təhlükəlidi

Misir televiziya kanallarının biri misirli yazıçı mərhum Cəlal Amirin son müsahibəsini bir daha nümayiş etdirib.

Həmin müsahibəsində Cəlal Amir Səudiyyə Ərəbistanının Misiri işğal etməsi barədə xəbərdarlıq edərək bildirir ki, Səudiyyənin Misiri işğal etməsi İsrailin Misiri işğal etməsindən daha təhlükəlidir. Belə ki, İsrail torpaq zəbt etmək istəyir. Səudiyyə isə fikirləri və düşüncələri ələ keçirmək peşindədir.

Cəlal Amir daha sonra müsahibəsində bildirir ki, artıq misirlilərin paltarlarında belə dəyişiklikər müşahidə olunmaqdadır. Bəzi misirlilər səudiyyəlilərə milli geyimlərində küçələrdə dolaşırlar. Bu isə milli dəyərlərin aradan getməsi və düşüncə və təfəkkürün səudiyyəlilərin əlinə keçməsindən xəbər verir.

Qeyd edək ki, Misirdə çox məşhur olan və sevilən Cəlal Amir bir neçə gün öncə fevral ayının 12-də vəfat edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2012  18:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!