|
• DünyadaRusiyadan açıqlama: ABŞ Suriyaya müdaxilə edərsə dərhal cavab zərbələri endirəcəyikRusiya ordusu Suriyaya müdaxilə ediləcəyi təqdirdə ABŞ-ın hücum nöqtələrini məhv edəcək. Ahlibeyt.az-ın Tass agentliyinə istinadən məlumatına görə,Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heylinin Suriyaya müdaxilə edəcəkləri ilə bağlı təhdidlərinə cavab verib. "Şərqi Qutadakı terrorçular kimyəvi silahların tətbiqi ilə bağlı təxribat hazırlayırlar ki, ABŞ bundan Dəməşq zərbə endirmək üçün bəhanə kimi istifadə edə bilsin. Əldə etdiyimiz dəqiq məlumata görə, yaraqlılar hökumət qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi barədə səhnələşdirilmiş film hazırlıqları görürlər.Bu səhnələrin mediaya çıxarılmasının dərhal ardından ABŞ aviasiyasi və bəzi məntəqələrdə yerləşdirilmiş raket qrurğularından Suriya hökumət binaları və ordusuna qarşı hücum olunacaq- deyə rusiyalı general qeyd edib. Valeri Gerasimov bildirib ki, Şərqi Qutaya kimyəvi silah tətbiqinin qurbanı kimi təqdim olunması üçün qadın, uşaq, qoca, "Ağ dəbilqələr", habelə çəkiliş qrupu və canlı yayıma verilməsi üçün peyk qurğuları cəlb olunub: ABŞ-ın Suriyaya hər hansı hücumu başlayacağı təqdirdə, Rusiya tərəfindən cavab zərbələrinin gecikməyəcək. Suriyanın Dəməşq şəhərində çox sayda Rusiya hərbi məsləhətçiləri və münaqişə edən Tərəfləri Barışdırma Mərkəzinin nümayəndələri var. Ölkəyə hər hansı hücum müdaxiləsi olarsa, hucum raketləri, o cümlədən istifadə olunan avisaiya və hücum nöqtələri cavab zərbələri ilə məhv ediləcək - deyə rusiyalı general bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Mart, 2018 14:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |