13 Mart, 2018
Rusiyadan açıqlama: ABŞ Suriyaya müdaxilə edərsə dərhal cavab zərbələri endirəcəyik

Rusiya ordusu Suriyaya müdaxilə ediləcəyi təqdirdə ABŞ-ın hücum nöqtələrini məhv edəcək.

Ahlibeyt.az-ın Tass agentliyinə istinadən məlumatına görə,Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heylinin Suriyaya müdaxilə edəcəkləri ilə bağlı təhdidlərinə cavab verib.

"Şərqi Qutadakı terrorçular kimyəvi silahların tətbiqi ilə bağlı təxribat hazırlayırlar ki, ABŞ bundan Dəməşq zərbə endirmək üçün bəhanə kimi istifadə edə bilsin. Əldə etdiyimiz dəqiq məlumata görə, yaraqlılar hökumət qüvvələrinin dinc əhaliyə qarşı kimyəvi silah tətbiq etməsi barədə səhnələşdirilmiş film hazırlıqları görürlər.Bu səhnələrin mediaya çıxarılmasının dərhal ardından ABŞ aviasiyasi və bəzi məntəqələrdə yerləşdirilmiş raket qrurğularından Suriya hökumət binaları və ordusuna qarşı hücum olunacaq- deyə rusiyalı general qeyd edib.

Valeri Gerasimov bildirib ki, Şərqi Qutaya kimyəvi silah tətbiqinin qurbanı kimi təqdim olunması üçün qadın, uşaq, qoca, "Ağ dəbilqələr", habelə çəkiliş qrupu və canlı yayıma verilməsi üçün peyk qurğuları cəlb olunub:

ABŞ-ın Suriyaya hər hansı hücumu başlayacağı təqdirdə, Rusiya tərəfindən cavab zərbələrinin gecikməyəcək.

Suriyanın Dəməşq şəhərində çox sayda Rusiya hərbi məsləhətçiləri və münaqişə edən Tərəfləri Barışdırma Mərkəzinin nümayəndələri var. Ölkəyə hər hansı hücum müdaxiləsi olarsa, hucum raketləri, o cümlədən istifadə olunan avisaiya və hücum nöqtələri cavab zərbələri ilə məhv ediləcək - deyə rusiyalı general bildirib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8218.html