|
• DünyadaArakan müsəlmanlarıı üçün növbəti böyük təhlükəMyanmada buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarını (rohincalar) daha bir təhülkə ilə üz-üzə qalıblar. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, sığınacaqların yerləşdiyi bölgədə Musson yağışları intensivliyini artırıb və nəticədə torpaq sürüşməsi və daşqınlar meydana gətirib. Hazırda rohincalar yağışdan qorunmaq üçün etibarlı olmayan bambuk ağaclarından hazırlanmış çadırlarda yaşamağa çalışırlar. Myanmada buddistlərin işgəncəsindən qaçaraq canını güclə qurtaran arakanlılar, indi də çətin təbii şəraitlə mübarizə aparmaq məcburiyyətində qalıblar. Hazırda 100 minə yaxın qaçqın sel sularının altında qalmaq təhlükəsi ilə üz-üzədir. Yağışların apreldə daha da şiddətlənəcəyi gözlənilir. Məlumata görə, ötən ilin avqustundan etibarən Myanmada 10 minə yaxın müsəlman işgəncə ilə öldürülüb. 680 min nəfər isə Banqladeşə sığınıb. Qeyd edək ki, bir neç gün əvvəl Myanmanın Arakan bölgəsində yenicə təmir edilmiş məscid hökumət rəsmilərinin göstərişi ilə dağıdılıb. hadisə Mumbaya şəhərinin Sambili kəndində baş verib.Məscid 2012-ci ildə müsəlmanlara qarşı kütləvi işgəncələr zamanı radikal buddistlər tərəfindən yandırılmış,daha sonra müsəlman əhalinin yığdığı ianə ilə təmir edilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2018 11:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |