|
• DünyadaUNİCEF İraq və Suriyada olan azərbaycanlı uşaqların reabilitasiyasına kömək edə bilər“Suriya və İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması ilə bağlı bizə nə Azərbaycan hökuməti, nə də ki müvafiq dövlət orqanları tərəfindən müraciət edilməyib, lakin biz bu məsələni nəzarətdə saxlayırıq”. Bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin APA-ya müsahibəsində deyib. Oradakı uşaqların yaxın zamanda Azərbaycana gətiriləcəyi ilə bağlı məlumatlı olduğunu deyən E. Karvardin bildirib ki, bir müddət öncə məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb: “Onunla görüş zamanı bildirdim ki, bu uşaqlar münaqişə qurbanlarıdır, onların münaqişədən zərər çəkdiklərini birmənalı şəkildə qəbul etməliyik. Uşaqlar təhlükəsiz şəkildə geri qaytarıldıqdan sonra onların reabilitasiyası, psixoloji yardım göstərilməsi, normal həyata qayıtmasına kömək etmək prioritet məsələ olmalıdır. Biz bu məsələlərdə müəyyən köməklik göstərə bilərik. Hökumətdən olan tərəfdaşlarımızın bu uşaqların təhlükəsiz qayıdışından sonra onların reabilitasiyası məsələlərinə xüsusi diqqət yetirilməsinin vacibliyi ilə razılaşdıqları üçün məmnunam. Hesab edirəm ki, uşaqlar geri qaytarıldıqdan sonra görüləcək tədbirlərə bizim cəlb olunmağımız ehtimal edilir. Təşkilatımızın bu işə cəlb olunması nəzərdə tutulsa, müəyyən təkliflər verilərsə, biz bu təklifləri nəzərdə keçirib münasibətimizi bildirərik”. Ötən ilin iyul ayında 2 yaşlı Zəhranın Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində öldürülməsi məsələsində UNİCEF-in səssiz qalması ilə bağlı sualı cavablandıran E. Karvardin bildirib ki, atəşkəsin pozulması nəticəsində insan, xüsusilə uşaq ölümü hallarının bir daha baş verməməsi, bu cür hadisələrin qarşısının alınması münaqişə tərəflərinin əlindədir: “Qadınların, uşaqların öldürülməsi, eyni zamanda uşaqların daha çox olduğu təhsil müəssisələrinin, xəstəxanaların, oyun yerlərinin atəşə tutulması qəbuledilməzdir. Tərəflər uşaqları şiddətdən qorumalıdır. Bu halların baş verməməsi üçün münaqişədə iştirak edən tərəflər məsuliyyət daşımalıdır. Çünki bu münaqişəni, bu cür hallara şəraiti onlar yaradır”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2018 11:59 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |