إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi müəyyənləşib

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi açıqlanıb

Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən açıqlamada bildirilir ki, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.

Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.

Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır.

Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir. Bu ilə Azərbaycana Həcc ziyarəti üçün 2000 kvota ayrılıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Fevral, 2018  11:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!