إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Pay verilən ət payının dini qaydada kəsilib-kəsilmədiyini dəqiq bilmiriksə, həmin əti yeyə bilərikmi?

İnsan ona verilən ət payının dini qaydada kəsilib-kəsilmədiyini dəqiq bilmirsə, həmin əti yeyə bilərmi?

İslam çətinlik yox, asanlıq dinidir. Dinimiz vasvasılığı, hər şeyə şübhə ilə yanaşmağı bəyənmir, hüsni-zənn ilə davranmağı tövsiyə edir. Qidanın haram olduğu dəqiq məlumdursa və ya onun haram olmasına ciddi zənn varsa, bu halda ondan çəkinmək lazımdır.

Amma əgər qidanın haram olması barədə heç nə bilmiriksə, bunu sübutsuz şübhələrlə ehtimal ediriksə, bu halda şübhəyə fikir verməmək və qidanı pak bilmək lazımdır. Kəsilmiş heyvan ətini hədiyyə edən şəxs müsəlmandırsa, heyvanı özü kəsdiyini və ya müsəlman birisinə kəsdirdiyini ya da müsəlman bazarından aldığını söyləyirsə, vəzifəmiz ona inanmaqdır.

Eləcə də, müsəlman ölkəsində bazardan (dükandan) aldığımız ət halal hökmündədir. Əti kəsən adamın namaz qılması və dini ayinləri icra etməsi vacib deyil. Onun İslam dinindən çıxması, Allahı danması haqqında yəqinimiz yoxdursa, müsəlman hökmündədir və kəsdiyi ət də halaldır. Qeyri-müsəlman ölkəsində yaşayan şəxs isə daha ciddi davranmalı və aldığı ətin halal yolla kəsildiyini öyrənməlidir.

Mənbə: İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2018  10:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!