|
• DünyadaAyətullah Xamenei ABŞ-ın İŞİD-ə dəstəyindən danışıbABŞ böyük ehtimalla Blackwater kimi qruplaşmalar vasitəsilə (red: ABŞ-ın muzdlu hərbçilərinin başqa ölkələrdə pul ilə döyüşən özəl mühafizə xidməti) vəhşilik və mərhəmətsizliklərini İŞİD-ə təlim vermişdir. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə,bunu İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei Ordunun Hava Qüvvələrinin zabit və əsgərləri ilə görüş zamanı bildirib. Ayətullah Xamenei görüş zamanı qeyd edib ki, ABŞ höküməti, bütün bu mərhəmətsizliklərə baxmayaraq beynəlxalq insan haqları, heyvanlar və məzlumların haqlarını müdafiə etdiyini iddia edir. Həqiqətlər üzə çıxarılaraq, ABŞ rəzil edilməlidir: "Düşmənlər dırnaqarası ziyalıların İslam İnqilabına qarşı fikir yaratmaları üçün maliyyə dəstəyi verirlər. Mediada izləyicilərin sayını artıra bilmək üçün kloun, saxta nəzəriyyəçilər və muzdlu yazarlardan istifadə edərək əllərindən gələn hər şeyi edirlər." Yəməndəki qətliama işarə edən Ayətullah Xamenei "Yəmənin infrakstukturu hər gün ABŞ müttəfiqləri və silahları ilə bombalanır, lakin ABŞ dəmir parçaları göstərərək guya İran istehsalı olan raketlərlə Səudiyyənin bombalandığını bildirirlər. Yəmən xalqı mühasirədə olarkən, onlara raket necə göndərilir?", - deyə əlavə edib. İslam İnqilabı lideri sözlərinin davamında ölkə daxili məsələlərdən danışıb: "Ədalət, sosial ədalətin təminində, xalq kütlələri arasında məsafəni aradan qaldırmaqda az iş görülüb və geridə qalma var. Bu sahədə həyata keçməli olan təşəbbüslər lazımınca və layiqincə həyata keçirilməyib və tam ciddiyyətlə bu sahəyə diqqət yetirməliyik, bilin ki, Allahın mərhəməti ilə bunun ardıncayıq və bundan vaz keçməyəcəyik və əlbəttə bunun yolu zülm və korrupsiya ilə mübarizədir. "
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2018 10:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |