9 Fevral, 2018
Ayətullah Xamenei ABŞ-ın İŞİD-ə dəstəyindən danışıb

ABŞ böyük ehtimalla Blackwater kimi qruplaşmalar vasitəsilə (red: ABŞ-ın muzdlu hərbçilərinin başqa ölkələrdə pul ilə döyüşən özəl mühafizə xidməti) vəhşilik və mərhəmətsizliklərini  İŞİD-ə təlim vermişdir.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə,bunu  İranın  Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei Ordunun Hava Qüvvələrinin zabit və əsgərləri ilə görüş zamanı bildirib.

Ayətullah Xamenei görüş zamanı  qeyd edib ki, ABŞ höküməti, bütün bu mərhəmətsizliklərə baxmayaraq beynəlxalq insan haqları, heyvanlar və məzlumların haqlarını müdafiə etdiyini iddia edir. Həqiqətlər üzə çıxarılaraq, ABŞ rəzil edilməlidir:

"Düşmənlər dırnaqarası ziyalıların İslam İnqilabına qarşı fikir yaratmaları üçün maliyyə dəstəyi verirlər. Mediada izləyicilərin sayını artıra bilmək üçün kloun, saxta nəzəriyyəçilər və muzdlu yazarlardan istifadə edərək əllərindən gələn hər şeyi edirlər."

Yəməndəki qətliama işarə edən Ayətullah Xamenei "Yəmənin infrakstukturu hər gün ABŞ müttəfiqləri və silahları ilə bombalanır, lakin ABŞ dəmir parçaları göstərərək guya İran istehsalı olan raketlərlə Səudiyyənin bombalandığını bildirirlər. Yəmən xalqı mühasirədə olarkən, onlara raket necə göndərilir?", - deyə əlavə edib.

İslam İnqilabı lideri sözlərinin davamında ölkə daxili məsələlərdən danışıb: "Ədalət, sosial ədalətin təminində, xalq kütlələri arasında məsafəni aradan qaldırmaqda az iş görülüb və geridə qalma var. Bu sahədə həyata keçməli olan təşəbbüslər lazımınca və layiqincə həyata keçirilməyib və tam ciddiyyətlə bu sahəyə diqqət yetirməliyik, bilin ki, Allahın mərhəməti ilə bunun ardıncayıq və bundan vaz keçməyəcəyik və əlbəttə bunun yolu zülm və korrupsiya ilə mübarizədir. "

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8083.html