إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əskəriyyə məqbərəsində yanğın baş verib

Samirədən(Samirra) verilən son məlumata görə, yenidən tikilməkdə olan Əskəriyyə məqbərəsində yanğın baş verib.

Bildirilir ki, hərəmin istifadəyə verilmiş dəhlizində baş vermiş yanğının səbəbi elektrik xəttlərində baş vermiş qısa qapanma olmuşdiur. Həmçinin bildirilir ki, məqbərəni tikən fəhlələrinin istifadə etdikləri dəhlizə ümumən ciddi zyaan dəyməmişdir.

Samirə şəhərinin polis idarəsinin rəisi hadisəyə münasibət bildirərək deyib ki, Əskəriyyə məqbərəsində baş vermiş yanğının terrorla heç bir bağlantısı yoxdur.

Qeyd edək ki, Hz.İmam Əli ən-Nəqi(ə) və Hz.İmam Həsən əl-Əskərinin(ə) dəfn olunduqları Əskəriyyə məqbərəsi vahhabi terrorçuları tərəfindən 2006-cı ilin fevral ayının 22-də partladılmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2012  22:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!