إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azad Rəhimov Fələstində keçirilən “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” konfransına qatılıb

6 fevral 2018-ci il tarixdən başlayaraq Fələstin Dövlətində  “Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” mövzusunda konfrans öz işinə başlayıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanı bu tədbirdə gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


Konfransın açılışı zamanı Mərakeş, Bəhreyn krallığı, Küveyt, Pakistan, Qətər, İordaniya, Türkiyə və digər ölkələrin idmana məsul nazirləri çıxış ediblər.

Açılış mərasiminin sonunda Fələstin Dövlətinin  prezidenti Mahmud Abbasın  çıxışı dinlənilib.

“Qüds - 2018-ci il İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı” konfransının   açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər və idman siyasəti, bu istiqamətdə qəbul olunmuş Dövlət Proqramları, ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi mötəbər tədbirlər, layihələr haqqında məlumat verib. Nazir,  eyni zamanda,  islam dünyası gənclərinin bəşəriyyətdə sülhün inkişafına, insanlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir gəstərəcəyini xüsusi olaraq diqqətə çatdırıb.

Nazir Azad Rəhimov tədbir zamanı müxtəlif ölkələrin idmana məsul nazirlərini  bu ilin aprel ayında Bakıda keçiriləcək Gənclər və idman sahələrinə məsul nazirlərin 4-cü İslam Konfransına dəvət edib.

İl boyu planlaşdırılan proqramlar Qüdsün tarixinə dair biliklərin  beynəlxalq aləmdə artırılmasına kömək edəcək, müsəlman ölkələrinin gəncləri arasında  əməkdaşlıq, birgə iş və dostluq münasibətlərinin möhkəmlənməsinə yardımçı olacaqdır.

İki gün davam edən konfrans işini yekunlaşdırıb.


Qeyd edək ki,“İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı – İƏT Gənclər Forumunun təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2018  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!