إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirin “Əl Əzhər” universitetinin ustadlarından İmam Əli (ə) ziyarətgahında şok açıqlamalar... FOTO

Misirin "Əl Əzhər" universitetinin ustadları Nəcəfdə İmam Əli (ə) ziyarətgahında olublar.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, Misirli din xadimləri, ziyarətlərinin hədəfini - "Əl Əzhər" universiteti və Nəcəf Elmi Hövzəsi arasında ikili əlaqələrin inkişaf etdiilməsi olaraq açıqlayıblar.

"Əl Əzhər" ustadı doktor Vəlid Matar İmam Əli (ə) ziyarətgahının xəbər bürosuna verdiyi müsahibədə bunları deyib: "Mütəal Allah bizlərin həmişə ziyarət etməyi arzuladığımız bu müqəddəs məkanları ziyarət etmək nemətini bizə əta edərək, üzərimizə minnət qoydu. Mütəal Allah bu müqəddəs məkanları çox sevdiyim bir ölkə olan İraqda qərar vermişdir."

Matar daha sonra "Mütəal Allah Peyğəmbərimizdən sonra (s.ə) ən yaxşı və xeyirli insanlar olan İmam Əli (ə), İmam Hüseyn (ə) və digər imamların qəbirlərini İraqda qərar vermişdir. Bizlər buralara bu mübarək məkanarı və qəbirləri ziyarət etməyə və şiə qardaşlarımızın nurani üzlərini görməyə gəldik. Bu, şiə qardaşlarımızla vəhdətimizin daha da dərinləşməsinə səbəb olacaqdır.", -deyə əlavə edib.

"Əl Əzhər" ustadı və "Vəchətul Haqq" müəssisəsinin sədri doktor Yusuf Ravab isə ziyarətilə bağlı bildirib: "İmam Əli(ə) ziyarətgahını ziyarət etməmizin əsil səbəbi; Misir "Əl Əzhər" universiteti və  Nəcəf Elmi Hövzəsi ustadları arasıda bir rabitə və əlaqə qurmaqdır. Əgər Ayətullah Sistaninin cihad fətvası olmasaydı, təkfirçi terror qruplaşması İŞİD bu gün, bir çox ərəb ölkələrinin paytaxtlarını işğal edəcəkdi. Ayətullah Sistaninin cihad fətvası ilə İŞİD məğlub oldu və İraq xalqı birlik və bərabərliyini qorumuş oldu."

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2018  11:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!