|
|
Nizami Gəncəvi adına Qızıl medala müsabiqə elan olunubAMEA Rəyasət 2018-ci il üçün Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalına müsabiqə elan edib. Ahlibeyt.az-ın məlumatına görə, Azərbaycan Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif etmək səlahiyyəti AMEA Rəyasət Heyətinə verilib. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər. Nizami Gəncəvi adına Qızıl medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlərin irəli sürülməsi ilə bağlı ı sənədlər martın 1-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, otaq 502) təqdim edilməlidir. Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə müraciət etmək olar. Tel.: (+994 12) 492 59 45; E-mail: eti@science.az Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2018 11:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |