إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehran kitabxanasından Səfəvilər dövründə yaşamış Azərbaycan şairinin külliyatının surəti əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə edib.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, külliyata şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib.

294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd olunub. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olub, Məkkə və Mədinəni ziyarət edib, üç dəfə Hindistana gedib.

Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, qiymətli xələt və bir at alıb.

Heydərinin surəti əldə edilən külliyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat edib.

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Fevral, 2018  16:04 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!