إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

1 Fevral - Beynəlxalq Hicab günü qeyd edilir

Artıq altıncı ildir ki,fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir.

Ahlibeyt.az-ın məlumatına görə,1-fevral Beynəlxal Hicab günü tədbiri dünyanın bir çox ölkəsində milyonlarla insan tərəfindən dəstəklənir.

Beynəlxalq Hicab günü ilk dəfə 2013 cü ildə keçirilib və bu il beşinci ilini qeyd edəcək.

Hicab gününün qeyd olunması ilə təşəbbüs ilə  2013 cü  ildə Nyu-York sakini Nazma Xan olmuşdur.Digər dinlərdən olan qadınları hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif etmiş və bu ideyası  dünyanın bir çox ölkələrindən dəstək almışdır. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com

Təşkilatçılar həmçinin bu tədbir vastəsilə bununla dünyada olan İslamofobiyanın zəifləməsinə nail olmağa ümüd etdiyini bildirir.

Nazma Khan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.

2015-16 - 17-ci illərdə Hicab günü dünyanın 116-dan çox ölkəsində qeyd edilib və 10 milyona yaxın insan tərəfindən dəstəklənib

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan dövlət rəsmiləri, məşhurlar, tanınmış şəxslər bu aksiyaya dəstək veriblər. Onlar “Mən hicab gününü dəstəkləyirəm” posterini əlində tutaraq foto çəkdirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu posterlə yüzlərlə insan fotolarını paylaşaraq aksiya öz münasibətini ifadə edib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2018  14:32 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!