إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İndoneziya paytaxtında Ayətullah Vəhid Xorasaninin təsis etdiyi Xatəmun-Nəbi mədrəsəsi

İndoneziya paytaxtında Ayətullah Vəhid Xorasaninin şəxsi təşəbbüsü ilə təsis edilmiş mədrəsə fəaliyyət göstərir.

İndoneziya paytaxtında Ayətullah Vəhid Xorasaninin şəxsi təşəbbüsü ilə təsis edilmiş mədrəsə fəaliyyət göstərir.

Ahlibeyt.az-ın məlumatına görə,İndeneziya paytaxı Jakartada fəaliyyət göstərən Xatəmun-Nəbi mədrəsəsi böyük islam alimi Şeyx Hüseyn Vəhid Xorasaninin şəxsi təşəbbüsü və xeyriyyə vəsaitləri hesabına təsis edilmişdir.

Hazırda mədrəsədə 200-ə yaxın tələbə dini bilgilər üzrə təhsil alır.Mədrəsədə Yaponiyalı müsəlman Ki Mu Ra-nın islami biliklərin tanıdılması dərslərinin maraqla qarşılanması xüsusi olaraq qeyd edilir.

Ahlibeyt.az

 

Xatəmun-Nəbi mədrəsəsinin İndoneziyada Əhli-beyt məktəbinin tanıdılmasında əhəmiyyətli rolu olduğu bildirilir

Ahlibeyt.az

Qeyd olunur ki, mədrəsə  müsəlman ölkələri yardım təşkilatları və imkanlı şəxslər tərəfindən daxil olan maddi vəsaitlər hesabına fəaliyyət göstərir


Mədrəsədə dərslərlə bərabər dua,mövlud,əzadarlıq mərasimləri təşkil olunur və yerli müsəlmanlar bu mərasimlərdə Peyğəmbər və Əhlibeyt məktəbi,həmçinin məsum imamlarının həyatı ilə tanış edilir.

Qeyd edək ki,İndoneziya əhalisinin sayı 270 milyona yaxındır və dünyada ən böyük müsəlman icması bu ölkədə yaşayır.Indoneziya əhalisinin 88% -ni müsəlmanlar təşkil edir.Rəsmi mənbələrə görə ölkədə 1milyona yaxın Əhli-Beyt davamçısı olduğu bildirilir.(Bəzi məlumatlatrda bu rəqəmin 2 milyona qədər olduğu qeyd olunur.)

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2018  12:49 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!