إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qahirədə “Quranın rus ədəbiyyatına təsiri” seminarı keçirildi

Qahirədə keçirilən 49-cu beynəlxalq kitab sərgisi çərçivəsində keçirilən elmi seminarlarda Rusiya və İslam münasibətlərinə aid də iki seminar baş tutub.

Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, dilçilik və ədəbiyyat üzrə mütəxəssislərinin  iştirakı ilə keçirilən seminarların birində “Rus və Ərəb dilləri arasında tərcümə hərəkatı” və  “Rus ədəbiyyatçılarının Qurandan təsirlənməsi” mövzusu müzakirə obyekti olub.

Seminarda çıxış edən Məhəmməd Abbas (Misrli filoloq və ədəbiyyatşünas) Ərəb ədəbiyyatının Rusiyada tərcüməsində və bu tərcümələrin Rus yazarları, ədibləri və ədəbiyyatındakı təsirindən və rus ədiblərin Qurana müraciət etməsindən danışıb.

Qeyd olunub ki, Rus ədəbiyyatının Qurani- Kərimdən təsirlənməsi göstərir ki, uzun illər davam edən “islamofobiya” cərəyanı bu xalqın ədəbiyyatında özünü biruzə verməyib və onlar Qurani- Kərimə dərin insani baxışla yanaşıblar.

Seminarda çıxış edən digər misirli ustad Amir Məhəmməd Əhməd dedi: Rusiyda ilk tərcümə hərəkatı Böyük Tezarın vaxtında, 1716-cı ildə başlamışdır. Qurani- Kərimin məfhumları lüğəti 1790-cı ildə iki dəfə rus dilinə tərcümə edilmişdir.

O bildirib ki,tərcümə cərəyanı “yumuşaq güc”lərdən sayılır, buna görə də gərək siyasi və iqtisadi baxımdan dəstəklənsin və ruslarla ərəblər arasındakı müxtəlif əlaqələrin yaxşılaşmasından və genişlənməsindən tərcümə hərəkatı üçün də istifadə edilsin.

Qeyd edək ki, Misrin paytaxtı Qahirədə 49-cu beynəlxalq Quran yarışları keçən həftənin şənbə günü, 27 Yanvar 2018-ci il, 27 ölkənin iştirakı ilə başlayıb və Fevral ayının 10-dək davam edəcəkdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Fevral, 2018  10:17 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!