|
• Dünyada“Əl-Qüds – İslam dünyasının gənclər paytaxtı” proqramının açılışı olacaqİƏT Gənclər Forumunun sədri Elşad İskəndərov İstanbulda Fələstinin Gənclər və İdman naziri Cibril Racubun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər 2018-ci il fevralın 6-da Qüdsdə təntənəli açılışmərasimi nəzərdə tutulan “Əl-Qüds – İslam dünyasının gənclər paytaxtı 2018” proqramının başlanmasına dair yekun iclas keçiriblər. Yekun hazırlıq, həmçinin il ərzində fəaliyyət planı nəzərdən keçirilib. Sonuncuya sosial, mədəni və elmi fəaliyyətlər daxildir. Proqram həm Fələstində, həm dəbütün dünyada icra olunacaq. Mətbuat üçün birgə kommünikedə səfir Elşad İskəndərov və Cibril Racub qeyd ediblər ki, 2018-ci ildə Qüdsün İƏT paytaxtı seçilməsi Təşkilata üzv dövlətlər üçün İslam dünyasının mühafizəsi sahəsində yeni imkanlar yaradıb. Tərəflər həmçinin 2017-ci il dekabrın 13-də təşkil edilən Qüds konfarnsıa yüksək qiymət verərək, Türkiyəyə və prezident Ərdoğana yüksək səviyyədə tarixi görüşün təşəbbüsünə görə minnətdarlıqlarını bildiriblər. Görüş iştirakçıları bir daha təsdiq ediblər ki, proqramın əsas məqsədləri İslam eyniliyi və Qüdsün əhəmiyyəti barədə məlumatlandırmanın səviyyəsinin artırılmasında, ümmət və Fələstin gəncləri arasında praktiki əməkdaşlığın genişlənməsində, həmçinin Fələstin gəıncliyi sıralarında vəhdətin möhkəmlənməsidir. Mənbə: İslam.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2018 11:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |