إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Davos forumunda açıqlama - Qurani-Kərimin dərki düzgün mədəniyyət formalaşdırır

Kembric universitetinin İlahiyyat fakültəsinin professoru  Davosda keçirilən ümumdünya iqtisad toplantısındakı çıxışında Quranın dərkinin yeni mədəniyyətin formalaşmasında təsiredici amil olduğunu bildirib.

Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə, İngiltərənin Kembric universitetinin İlahiyyat fakültəsinin ustadı Professor Dr. Muiz Məs`ud Davosda keçirilən ümumdünya iqtisad toplantısındakı çıxışı zamanı qeyd edib ki,cəmiyyətdə fərdləri məhvə, puçluğa, azğınlığa və xürafata çəkən və insanların reallığı və həqiqəti başa düşməsinin qarşısını alan “dini məfhum”lar ilə mübarizədə Qurani- Kərimin dərdindən və doğru başa düşülməsi ən əsas amildir.

Professor Dr. Muiz Məs`ud  beynəlxalq forumda bildirib: "Qurani- Kərim insanı doğru seçimə, tanımağa, mərifətə və həqiqətləri kəşf etməyə dəvət edir. Qurani- Kərim kömək edir ki, insanlar bəşəriyyətin yaranışının doğru hədəflərini tapmaq üçün bir- biriləri ilə həmkarlıq və əməkdaşlıq etsinlər.

Dünyada ixtilafların yaranması və müxtəlif savaşların yayılmasına işarə edərək dedi: Qurani- Kərimin və İslami şəriətinin hədəflərini doğru mənimsəmək və dərindən dərk etmək bəşəriyyətə həqiqi dəyərlər əsasında yeni bir mədəniyyətin və sivlizasiyanın yaranmasına kömək edəcəkdir.

Qeyd edək ki, ümumdünya iqtisadiyyat toplantısı ilk dəfə 1971-ci ildə Davos şəhərində Avropanın iqtisadi və capitalist rəhbərlərinin iştirakı ilə keçirilmişdir.




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2018  13:00 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!