إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Yanvarın 29-da Türkiyənin İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Türkiyə Diyanət İşləri Başqanlığının təşkilatçılığı ilə keçirilən konfransda İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (Rusiya Federasiyası), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimləri iştirak edirlər.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra müqəddəs Qüds şəhərinin tarixi və müasir vəziyyətini əks etdirən film göstərilib.

Konfransın açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Diyanət İşləri başqanı Əli Ərbaş və digərləri çıxış ediblər.

Konfrans işini davam etdirir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2018  12:30 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!