|
• DünyadaGMİ şeyxi Ramin İgidov: “Gürcüstanda dinin tədrisi ədalətli olmalıdır”“Gürcüstanda orta məktəblərdə dinin tədrisində obyektivlik qorunmalıdır”. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-nın yerli bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov deyib. O bildirib ki, dinin tədrisi ədalətli olmalıdır: “Tədris zamanı dinlərlə bağlı veriləcək məlumatlar ölkədə tolerantlığın möhkəmləndirilməsinə və dinlərarası mehriban dostluq münasibətlərini təbliğ etməlidir”. GMİ sədrinin sözlərinə görə, Gürcüstanda bəzi tarix dərsliklərində İslam dini haqqında yanlış məlumatlar yer alıb: “Dərs vəsaitlərinin hazırlanmasına xüsusi diqqətlə yanaşılmalı və dinə zidd məqamlar yer almamalıdır. Dərsliklərin hazırlanmasında müsəlman icmasının mütəxəssislərinin yaxından iştirakı təmin olunmalıdır. Təhsil və Elm Nazirliyi dərsliklərdə yanlışlıqların olduğunu qəbul edib və aradan qaldırılacağına söz verib”. Qeyd edək ki, Gürcüstanın orta məktəblərində dinin tədrisi bərpa olunacaq. Bununla bağlı aidiyyəti dövlət qurumlarının və ölkədəki bütün dini icmaların nümayəndələrinin iştirakı ilə müzakirələrə başlanılıb. Müzakirələrdə dinin tədrisinin formatı, ayrıca dərsliyin hazırlanması və digər məsələlər nəzərdən keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Yanvar, 2018 10:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |