|
• DünyadaAzərbaycan prezidenti 48-ci Dünya İqtisadi Forumunda çıxış edəcəkBu gün İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayır. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunacaq. Aparıcı biznes rəhbərləri və siyasi liderlər müasir cəmiyyətin qarşılaşdığı ən aktual qlobal və regional problemləri müzakirə edəcəklər. Forumun əsas mövzuları bəynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyat olacaq. Forumun proqramına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 23-də "Strateji baxış - Avrasiya" (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış edəcək. Tədbirə həmçinin ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Tereza Meyin də qatılacağı gözlənilir. Forumda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili də iştirak edəcək. Forum yanvarın 26-da başa çatacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2018 11:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |