إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ərdoğan - Biz qondarma “erməni soyqırımı”nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik

Soyqırıma türk milləti məruz qalıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib.

O bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.

"XX əsrin ən böyük soyqırımına türk milləti məruz qalıb. İllərdir erməni iddialarını dilə gətirənlərə arxivləri açmağı təklif edirik. Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var. Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər təklifimizi qəbul edən olmayıb", deyə o bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2018  10:59 Çap

Bu bölmədə


© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com