|
• DünyadaDünya Müsəlman Alimləri Birliyi Səudiyyədə həbs edilən alimlərin azadlığını tələb etdilərDohada toplantı keçirən “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanından əqidə və siyasi baxış fərqliliyinə görə həbs edilən ruhani və alimlərin azadlığa buraxılmasını istədilər. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,Misirdən "Müsəlman qardaşları" təşkilatı (ixvan) ilə iş birliyi qurmaq bəhanəsi ilə Qətərə sürgün edilən Şeyx Yusif Qərzavinin başçılıq etdiyi “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanı və BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) dövlətlərini əqidə azadlığına qarşı gəlməkdə qınayıblar. (!) Bu bəyaniyyə dörd ay öncə həbs edilən Salam əl-Ovdətin xəstəxanaya yerləşdirilməsinin ardınca verilib. Səudiyyəli şeyxi Salman əl-Ovdət Ərəbistanda radikal dini cərəyan sayılan sələfilik və vəhabiliyin “yumuşaq” qoluna aid şeyxlərdəndir. Onu Ərəbistanda “yeni sələfilik” cərəyanının başçısı hesab edirlər. O keçən ilin Sentyabar ayında onunla həmfikr olan alim və yazar əqidə yoldaşları ilə birlikdə həbs edilmişdi. Qeyd olunub ki,həbs edilənlər Səudiyyə krallığını və BƏƏ-ni Qətər və Fars Körfəzi məsələlərindəki siyasətlərini tənqid etdikləri üçün saxlanılıblar. Səduiyyə hakimiyyəti isə iddia edir ki, tutulanların günahı dövlətin milli təhlükəsizliyi və maraqları əleyhinə xarici dövlətlərlə həmkarlıqları olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2018 11:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |