
Dohada toplantı keçirən “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanından əqidə və siyasi baxış fərqliliyinə görə həbs edilən ruhani və alimlərin azadlığa buraxılmasını istədilər.
Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə,Misirdən "Müsəlman qardaşları" təşkilatı (ixvan) ilə iş birliyi qurmaq bəhanəsi ilə Qətərə sürgün edilən Şeyx Yusif Qərzavinin başçılıq etdiyi “Dünya Müsəlman Alimləri Birliyi” Səudiyyə Ərəbistanı və BƏƏ-dən (Birləşmiş Ərəb Əmirlikləri) dövlətlərini əqidə azadlığına qarşı gəlməkdə qınayıblar. (!)
Bu bəyaniyyə dörd ay öncə həbs edilən Salam əl-Ovdətin xəstəxanaya yerləşdirilməsinin ardınca verilib.
Səudiyyəli şeyxi Salman əl-Ovdət Ərəbistanda radikal dini cərəyan sayılan sələfilik və vəhabiliyin “yumuşaq” qoluna aid şeyxlərdəndir. Onu Ərəbistanda “yeni sələfilik” cərəyanının başçısı hesab edirlər. O keçən ilin Sentyabar ayında onunla həmfikr olan alim və yazar əqidə yoldaşları ilə birlikdə həbs edilmişdi.
Qeyd olunub ki,həbs edilənlər Səudiyyə krallığını və BƏƏ-ni Qətər və Fars Körfəzi məsələlərindəki siyasətlərini tənqid etdikləri üçün saxlanılıblar.
Səduiyyə hakimiyyəti isə iddia edir ki, tutulanların günahı dövlətin milli təhlükəsizliyi və maraqları əleyhinə xarici dövlətlərlə həmkarlıqları olub.