|
• Dünyadaİslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclası işini başa vurduİslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin Tehranda keçirilən 2 günlük iclası bəyanat qəbul edərək, öz işini başa vurub. Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları bəyanat qəbul edərək, konfransın yüksək səviyyədə keçirilməsinə görə, İrana təşəkkür etməklə yanaşı, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımasını kəskin formada qınayıblar. Bəyanatda Trampın bu hərəkəti beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi təhdid habelə, fələstinlilərin hüquqlarının aşkar və kobud şəkildə pozulması adlandırılıb. İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları Fələstin xalqının problemlərinin həllinə kömək etməyə hazır olduqlarını vurğulayaraq, bildiriblər: "Fələstin xalqının hüquqlarının təmin edilmədii xüsusilə, fələstinli didərginlərin öz torpaqlarına qayıtmadığı, Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələstin ölkəsinin yaradılmadığı zamana kimi müqavimət istənilən formasında fələstinlilərin qanuni haqqıdır." Bu bəyanatda həmçinin, Yəməndə insani durumun acınacaqlı vəziyyət almasını kəskin formada qınanıb, Yəmən böhranı üçün siyasi həll yolunun tapılmasına, Yəmənin bütün nöqtələrinə humanitar yardımların çatdırılmasına təkid edilib. İclas iştirakçıları habelə, Myanmanın Raxin vilayətində insan haqlarının kobud şəkildə pozulmasını qınayaraq, Myanma hökumətindən insan haqlarına hörmətlə yanaşmasını, insanların fundamental hüquqlarına riayət etməsini və irqi və dini ayrıseçkilikdən çəkinməsini istəyiblər. Tehran iclasının yekun bəyanatında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən iqtisadi, ticarət, maliyyə və bank əməkdaşlıqlarının genişləndirilməsi üçün münasib şəraitin yaradılması məqsədi ilə İslam Həmrəyliyinə əsaslanan yeni iqtisadi sistem yaratmaları istənilib. İƏT-in Parlamentlərarası Birliyinin 13-cü iclasının iştirakçıları yekun bəyanatda ABŞ prezidentinin rəngli dərililərə qarşı irqçi çıxışını da kəskin formada qınayaraq, İslam və terrorizmin bir biri ilə əlaqələndirilməsini yolverilməz hesab ediblər. İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin 14-cü iclası Mərakeşdə keçiriləcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2018 11:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |