إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib, ölən və yaralananlar var

İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.

 

Ahlibeyt.az-ın məlumatına görə.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyiblər.

 

Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.

 

“The Times of Israel” qəzetinin məlumatına əsasən, ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Məlumata görə, bölgədə İsrail ordusunun əməliyyatı davam edir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2018  10:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!