
İordan çayının Qərb sahilində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma baş verib.
Ahlibeyt.az-ın məlumatına görə.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbçilər ötən həftə Cənin şəhərində öldürülən ravvin Raziel Şevaxın qətlində şübhəli bilinən fələstinlini güllələyiblər.
Qarşıdurma nəticəsində həmçinin 2 İsrail hərbçisi və 1 fələstinli yaralanıb.
“The Times of Israel” qəzetinin məlumatına əsasən, ölən fələstinli 2002-ci ildə İsrail hərbçiləri tərəfindən öldürülən HƏMAS qruplaşmasının liderlərindən biri Nəsir Cərarın oğlu Əhməd Cərardır. Məlumata görə, bölgədə İsrail ordusunun əməliyyatı davam edir.