|
• DünyadaKərbəla ensiklopediyası təqdim olunubİmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Kərbəla” təhqiqat mərkəzi müqəddəs şəhərin tarixi və mədəniyyətinə dair ilk ensiklopediya hazırlayıb. Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə, Ensiklopediyanın təqdimat mərasimi ötən gün Kərbəla şəhərində bir qrup tədqiqatçı, mədəniyyət işçisi və universitet müəlliminin iştirakı ilə keçirilib.
Təhqiqat mərkəzinin baş direktoru Əbdül-Əmir Qüreyşi deyib ki, ensiklopediyada müqəddəs Kərbəla şəhərinin tarixi haqqında - İslamdan öncə ilk yarandığı gündən indiki dövrə kimi – məlumat yerləşdirilib.
Onun sözlərinə görə, ensiklopediya 100 hissədən ibarətdir ki, indiyədək 40 hissəsi çap olunub. “Ensiklopediyada müqəddəs şəhərin tarixi (qədim və müasir), coğrafiyası, ictimai, siyasi və iqtisadi hadisələri, eləcə də burada baş verən önəmli hadisələr haqqında məlumat yer alıb. Bundan başqa Kərbəlada qədim peşələr, atalar sözləri, geyimlər və əhalinin gündəlik həyat tərzi ensiklopediyanın digər mövzularıdır.”
Qeyd edək ki, ensiklopediyanın hazırlanmasında İraq, Türkiyə, İran və digər ölkələrin universitetlərindən 150 alim iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2018 12:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |