|
• Mənəviyyat • Mənəviyyat“Bu məqama necə çatdılar” - Elm və irfan sahəsində uğur qazanmış şəxsiyyətlər haqda kitab nəşr olunub“Bu məqama necə çatdılar” kitabı işıq üzü görüb. Ahlibeyt.az-ın İslam.az -a istinadən verdiyi xəbərə görə, oxucular kitabda elm və irfan sahəsində uğur qazanmış şəxsiyyətlərin buna hansı yolla nail olduqları barədə maraqlı əhvalatları oxuyacaq, böyük ariflərin öz dilindən uğurun sirrini öyrənə biləcəklər. Silsilənin birinci hissəsi olan “İrfan əlifbası: ariflərdən öyüdlər” kitabında Allaha doğru aparan yolu uğurla qət etmək üçün ariflərin təklif etdikləri və məsləhət bildikləri üsullar toplandığı halda, hazırki kitabda ariflərin şəxsi təcrübəsinə üstünlük verilmişdir. Oxucular kitabla tanış olarkən bird aha bu həqiqətə əmin olacaqlar ki, mənəvi tərbiyə və ruhi təmizlənmə məsuliyyətli prosesdir, səhlənkarlıq və arxayınlıq sevməz. Kitab Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sifarişi ilə Dini Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib, müəllifi Natiq Rəhimovdur. Kitabı Bakının dini mağazalarından əldə etmək mümkündür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Yanvar, 2018 12:10 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |