17 Yanvar, 2018
“Bu məqama necə çatdılar” - Elm və irfan sahəsində uğur qazanmış şəxsiyyətlər haqda kitab nəşr olunub

“Bu məqama necə çatdılar” kitabı işıq üzü görüb.

Ahlibeyt.az-ın İslam.az -a istinadən verdiyi xəbərə görə, oxucular kitabda elm və irfan sahəsində uğur qazanmış şəxsiyyətlərin buna hansı yolla nail olduqları barədə maraqlı əhvalatları oxuyacaq, böyük ariflərin öz dilindən uğurun sirrini öyrənə biləcəklər. Silsilənin birinci hissəsi olan “İrfan əlifbası: ariflərdən öyüdlər” kitabında Allaha doğru aparan yolu uğurla qət etmək üçün ariflərin təklif etdikləri və məsləhət bildikləri üsullar toplandığı halda, hazırki kitabda ariflərin şəxsi təcrübəsinə üstünlük verilmişdir. Oxucular kitabla tanış olarkən bird aha bu həqiqətə əmin olacaqlar ki, mənəvi tərbiyə və ruhi təmizlənmə məsuliyyətli prosesdir, səhlənkarlıq və arxayınlıq sevməz.

Kitab Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sifarişi ilə Dini Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilib, müəllifi Natiq Rəhimovdur.

Kitabı Bakının dini mağazalarından əldə etmək mümkündür.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7915.html