|
• Dünyadaİraqın baş naziri Haşdi-Şəbi ilə koalisiya qurdu, Müqtəda əs Sədr “od püskürdü”İraq baş naziri Heydər İbadinin qurduğu “Qələbə və İslahat” koalisiyası "Haşdi Şəbi" ilə seçki ittifaqı imzalayıb. Ahlibeyt.az-ın musavat.com-a istinadla məlumatına görə, İraq baş naziri Heydər İbadi bu ilin may ayında keçiriləcək seçkilərdə iştirak etmək üçün “Qələbə və İslahat” adlı koalisiya qurduğunu açıqlayıb. Heydər İbadi koalisiyaya Haşdi Şəbinin də qoşulduğunu bəyan edib. İraqın şiə liderlərindən olan Müqtəda əs Sədr isə İbadinin Haşdi Şəbi ilə imzaladığı koalisiyanı sərt şəkildə ittiham edib. “Boş siyasi müqavilələrə görə, xalqa başsağlığı verirəm. Ölkədəki cinayətlərin təkrarlanması üçün zəmin hazırlanır. Məndən də bu koalisiyada iştirak etməmi istədilər. Ancaq tamamilə rədd etdim. Mən separatizmdən uzaq, yeni İraq dövlətinin güclənməsini istəyənlərdənəm. Gələcəkdə bunu açıqlayacağıq” deyə Sədr qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Yanvar, 2018 10:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |