|
• DünyadaAvropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Avropa İttifaqının ATƏT-dəki nümayəndəsinin ATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib. Bəyanatda deyilir ki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə də Dağlıq Qarabağ münaqişəsi həmişəki kimi Avropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində İtaliyanın ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir. Bəyanatda o da bildirilir ki, Aİ münaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir. ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliya ATƏT-dəki sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2018 11:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |