|
• Dünyada"Qızılı Quran" İskəndəriyyə xəzinəsinin ən dəyərli nüsxəsiMisirin İskəndəriyyə şəhər kitabxanasının əlyazmalar xəzinəsində ən dəyərli və qiymətli əlyazma nüsxə “Qızılı Quran” adlanan və hicrətin 8-ci əsrində kitabət edilmiş Quran nüsxəsidir. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Misirin İskəndəriyyə şəhər kitabxanasının mədəni əlaqələr bölməsinin rəhbəri Məhəmməd Süleyman bu gözəl və qiymətli əlyazma nüsxə barədə açıqlama verərək bilidirib ki, Hicri- Qəməri tarixi ilə 8-ci əsrə aid olan (12 və 13 miladi) bu qiymətli nüsxə 2002-ci ildə bu kitabxanaya gətirilmişdir: "Müsəlmanlar arasında Qurani- Kərimin şəni və məqamını göstərən faktlardan biri də budur ki, müsəlmanlar bu müqəddəs kitabı müxtəlif dövrlərdə müxtəlif yazı vasitələrindən istifadə edərək kitabət etmişlər. Bu kitabət növlərindən biri də Qurani- Kərimin qızılı döymə və oyma ilə yazılması olmuşdur. Qədim dövrlərdə bu kitabət üslubu müsəlmanlar arasında geniş yayılmış bir metod olub. Və bu cür kitabət üslubunun tarixi 600 ildən yuxarıdır. Kitabətdən əlavə Qurani- Kərimin səhifələrini təzyin etmək və bəzəmək üçün də qızıldan və qiymətli daşlardan istifadə edilirdi. Bu kitabxananın əlyazmalar xəzinəsində saxlanılan nüsxələr İslam və müsəlmanların tarixi kimliyinin göstəricisidir." Qeyd edək ki, Misirin İskəndəriyyə şəhərinin “İskəndəriyyə kitabxanası” qədim dövrün mühüm abidələrindən biri hesab edilir. Bu kitabxananın muzeyi 2002-ci ildə qədim və nadir əlyazma nüsxələrin qorunub saxlanılması üçün təsis edilmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2018 12:03 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |