|
• DünyadaRusiya XİN: Amerikalı ortaqlarımız açıq şəkildə Rusiyanın Suriya probleminin həllindəki iştirakını istəmirlərRusiya, Suriya üzrə milli dialoq konqresini keçirməkdən imtina etməyəcək. Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Zaxarova, ABŞ Dövlət Departamenti Yaxın Şərq məsələləri üzrə dövlət katibinin müvəqqəti köməkçisi Devit Satterfildin Soci konqresinin uğurlu keçəcəyinə şübhə ilə yanaşdığını bildirib. "Bizim amerikalı ortaqlarımız açıq şəkildə Rusiyanın Suriya probleminin həllindəki iştirakını istəmirlər. Bunu açıq şəkildə elan edib, mane olmaq istəyirlər. Qeyd etmək istərdim ki, nə etsəniz də, dəridən-qabıqdan çıxsanız da alınmayacaq", - XİN sözçüsü bildirib. Qeyd edək ki, 29-30 yanvar tarixlərində Rusiyanın Soci şəhərində Suriya milli konqresinin dialoq konfransı keçiriləçək. Konqresdə Suriya dövlətinin konstitusiyası ilə yanaşı digər məsələlər də müzakirə olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2018 11:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |