
Rusiya, Suriya üzrə milli dialoq konqresini keçirməkdən imtina etməyəcək.
Ahlibeyt.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova, ABŞ Dövlət Departamenti Yaxın Şərq məsələləri üzrə dövlət katibinin müvəqqəti köməkçisi Devit Satterfildin Soci konqresinin uğurlu keçəcəyinə şübhə ilə yanaşdığını bildirib. "Bizim amerikalı ortaqlarımız açıq şəkildə Rusiyanın Suriya probleminin həllindəki iştirakını istəmirlər. Bunu açıq şəkildə elan edib, mane olmaq istəyirlər. Qeyd etmək istərdim ki, nə etsəniz də, dəridən-qabıqdan çıxsanız da alınmayacaq", - XİN sözçüsü bildirib.
Qeyd edək ki, 29-30 yanvar tarixlərində Rusiyanın Soci şəhərində Suriya milli konqresinin dialoq konfransı keçiriləçək. Konqresdə Suriya dövlətinin konstitusiyası ilə yanaşı digər məsələlər də müzakirə olunacaq.