إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vahhabilər lap başlarını itiriblər

Misir parlamentində ölkədə cərəyan edən və onlarla insanın ölümünə və xəsarət almasına səbəb olmuş hadisələrin qızğın müzakirələri zamanı vahhabi parlamentari Məmdud İsmayıl namaz vaxtının olduğunu bildirmək üçün yerindən qalxaraq uca səslə azan verməyə başlayıb.

Onun azana başlamasından sonra azana hörmət olaraq bütün parlament sükuta qərq olub. Vahhabi aliminin ağlasığmaz və misli görünməmiş bu addımı parlamentin spikeri Məhəmməd Səəd əl-Qətətnini o qədər hirsləndirib ki, o azanı yarımçıq kəsərək Məmdud İsmayıla xitabən deyib: "Sən gördüyün bu iş qeyri-qanunidir. Elə sanma ki, sən namaza bizdən daha çox diqqət yetirirsən və namaz sənin üçün daha əhəmiyyətlidir. Əgər bir daha bu addımı atmış olsan, səninlə qanuna uyğun tərzdə rəftar edəcəyəm. Azan vermək istəyirsənsə, get məscidə və azanı orada ver. Bil ki, sən parlamentdə əyləşən digər deputatlardan artıq fəqih deyilsən".

Xatırladaq ki,Misir parlamentinə keçirilən seçkilər zamanı "İxvanul-muslimin" təşkilatı qələbə qazanmış, ikinci səs çoxluğu isə vahhabi partiyası olan "ən-Nur" partiyasına məxsusdur. Məmdud İsmayıl "ən-Nur" partiyasının deputatı, əl-Qətətni isə "İxvanul-muslimin" təşkilatının üzvüdür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2012  04:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!