|
• DünyadaNiderlandda partiya sədri məscidləri yandırmaqla bağlı çağırış edibNiderlandda ultrasağçı partiya sədri Xenq Van Din ölkədəki məscidləri yandırmaqla bağlı çağırış edib. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bu bəyanatla o rəhbərlik etdiyi partiyanı problemlə üz-üzə qoyub. Partiya sədrinin anti-islam bəyanatına seçkilərdəki digər namizədin məscidlərlə bağlı müsbət çağrışı səbəb olub. Belə ki, qarşı partiyanın namizədi Utrext şəhərindəki məscidi İkinci Qürur qülləsi adlandırıb. Bunun əksinə olaraq teledebat zamanı Xenq Van Din məscidlərin yandırılmasının tərəfdarı olduğunu bildirib. Aparıcının ona "sözlərinizdə dəyişiklik etmək istəyirsiz?" sualına cavab olaraq ultrasağçı partiya rəhbəri bildirib ki, "biz bütün məscidlərin əleyhinəyik və düşünürük ki, onlar yandırılmalıdır." Daha sonra o twitter hesabında əvvəlki fikrinə “düzəliş edərək” deyib “biz məscidlərin yandırılmasının deyil bağlanmasının tərəfdarıyıq. Güc qəbul edilməzdir.” Qeyd edək ki, sözü gedən partiya bu ilin mart ayında keçiriləcək seçkilərdə aparıcı qüvvələrdən biridir. Xatırladaq ki, radikal sağçı partiyalar son illərdə Avropa ölkələrinə miqrasiya krizisini islamfobiya istiqamətində istifadə edirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2018 10:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |