إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei - Haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdilər

İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei İranda baş verən son iğtişaşlarla bağlı İranın Qum şəhərindən olan nümayəndə heyəti ilə görüş zamanı son günlər ölkədə baş verən hadislərlə bağlı çıxış edib.

Ahlibeyt.az-ın məlumatına görə, Ayətullah Xamenei çıxışı zamanı dinc etirazlar zamanı bəzi kənar ölkələrin və müəyyən qüvvələrin ölkənin daxili işlərinə müdaxilə etdiyinə toxunub:

"Düşmənin 40 ildir bizə qarşı gördüyü bütün işlər əks-inqilabdır. Çünki inqilab düşmənin İranın siyasi arenasında kökünü kəsib atmışdır. Mövzu 1 ilin, 2 ilin yaxud 5 ilin mövzusu deyil. Döyüş, millətin millətin ziddinə olanlarla döyüşüdür.

Döyüş İranındır - İranın ziddinə olanlarla döyüşüdür. Döyüş İslamındır - İslamın ziddinə olanlarla döyüşüdür və bu davam edəcək. Düşmən hər dəfə əks-hücuma keçir və hər dəfə məğlub olur. Səy edir, amma işi irəli apara bilmir. Səbəb isə millətin buna qarşılıq verməsidir. Millət bütün qüdrətilə Amerikaya, İngiltərəyə və Londonda əyləşənlərə deyir ki, bu dəfə də bacarmadız və gələn dəfə də bacara bilməyəcəksiniz. Onu da bildirim ki, xalqın düşmənə qarşı ayaqlanması sıradan bir iş deyil. Tam əminliklə deyirəm ki, dünyanın heç bir yerində belə bir şey yoxdur.

Xalq qarışıqlıq salanların törətdiklərini gördükdən sonra müxtəlif yerlərdə küçəyə endi və düşmən muzdurlarının öz işindən əl götürmədiyini gördükdə, yürüşlər daha da çoxaldı. Sonrakı günlər bu yürüşlər Qumda, Kermanşahda, Məşhəddə, Şirazda, Təbrizdə və başqa şəhərlərdə də keçirildi. Millətin düşmənə qarşı bu bəsirətliliyi 40 ildir davam edir.

Xalqın həqiqi tələblərilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayrağı yandırmağın, Quranı və İslamı təhqir etməyin xalqın tələblərilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdilər. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə efərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq.

Xalqa öz etiraz səsini bildirmək haqqı həmişə verilib. Bizə hər dəfə filan şəhərdə ya məntəqədə filan müəssisə, idarə yaxud parlament qarşısında camaatın etiraz etməsi məlumatı verilir. Heç kəs də onlarla sərt davranmır. Amma gərək onlar dinlənilə və problemlərinin həll edilə. Qəti olan budur ki, iğtişaş törədənlər idarə olunurdular. Baş verən hadisələrdə "üçlük" fəal idi. Kim idi onlar? Bunlar saxlanıların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır.

Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat üzrə işləyirdilər. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə Mücahidini-Xəlq təşkilatldır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanırlar. Özləri də bunu öz mətbuatlarında etiraf eirlər. Amerikalılarla irtibatda olduqlarını, daxildə olan adamlarıla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər. "Bahaçılığa yox" şüarı ilə etirazlara başladılar. Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşuldu. Camaat ki, onlara qoşuldu, camaatı öz məqsədlərinə qarşı yönləndirdilər. Bir tərəfdən "canım İrana fəda olsun" deyirdilər, digər tərəfdən bayrağı yandırırdılar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiz ki, indi canım İrana fəda olsun deyirsiz? Amerika əsəb içindədir. Amma tək məndən yox. Sizdən, İran xalqından, İran dövlətindən ki, yenə məğlub oldu.

İndi də Amerikanın dövlət məsulları deyir İran höküməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq.

Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Həmçinin xaricdə və çox təəssüf daxildə olan Amerika sevərlər də bilsinlər ki, hökümət möhkəm dayanıb və Allahın lütfülə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq

Tərcümə: Vüsal Sadıxov

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2018  15:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!