إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Londonun mərkəzində Fələstinə dəstək aksiyası keçirilib

Britaniyada müsəlmanlar  ABŞ səfirliyi qarşısında  Qüdsə dəstək aksiyası keçirib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Fələstinə  dəstək məqsədilə  keçirilən aksiyada  ABŞ-ın  Qüdsü  rəsmi şəkildə sionist İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz bildirilib.

Londonda keçirilən aksiyada  Britaniya Fələstin  Asambeleyasının fəalları,  İngiltərədəki Pakistan İcması ,  Birminqem mərkəzi məscidinin icması  və digərləri iştirak edib.

Aksiyada  Qüdsün  təkcə Fələstinə deyil, bütün İslam dünyasına aid olduğu diqqətə çatdırılıb. Fələstin xalqının azadlığı, müstəqil dövlətin yaradılması və tanınması dəstəklənib.

Saatlarla davam edən aksiyada təşkilat rəhbərləri və fəallar çıxış edib. Həmçinin Fələstin xalqına maddi yardım  toplamaq məqsədi ilə milli yeməklər sərgisi  təşkil olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2018  12:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!